backend

Qadınların sürücülük vəsiqələrinin yenilənməsi əngəllənir

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Aşqabadda qadın sürücülər yeni və vaxtı keçmiş sürücülük vəsiqələrinin alınmasında problemlərlə üzləşməyə davam edirlər.

Türkmənistanda sürücülük vəsiqəsi 10 illik müddətə verilir və bu ilin əvvəlindən qadın sürücülər nə yeni vəsiqə ala bilirlər, nə də vaxtı keçmiş vəsiqələrini yenisi ilə əvəzləyə bilirlər. Paytaxtın Magistralnaya küçəsində yerləşən Qeydiyyat və İmtahan İdarəsi qadınların sənədlərini qəbul etməkdən boyun qaçırır.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Sürücülük vəsiqəsi üçün tələb olunan sənədlərin siyahısı olduqca böyükdür və pasportun bir nüsxəsi, köhnə sürücülük vəsiqəsi, ilk vəsiqəni sonra verilmiş imtahan kartının surəti, soyad dəyişdirildiyi təqdirdə evlilik şəhadətnaməsinin surəti, üç tibbi arayış – psixoloq, narkoloq və ailə həkimindən arayışdan ibarətdir.

Deyilənlərə görə, “yuxarıdan” verilən şifahi göstərişə əsasən, qadınlara sürücülük vəsiqəsinin verilməsi dayandırılıb. Bu halın nə zaman aradan qaldırılması isə hələ məlum deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*