Qahirə Təl-Əvivi ittiham etdi: “İsrail Qəzzada aclığı silaha çevirib”backend

Qahirə Təl-Əvivi ittiham etdi: “İsrail Qəzzada aclığı silaha çevirib”

Misirin xarici işlər naziri Bədr Əbdül Ati İsrailin Qəzza zolağında humanitar böhran yaratmaqla beynəlxalq hüququ pozduğunu bəyan edib.

KONKRET.az xəbər verir ki, nazir bildirib ki, “İsrail aclıqdan silah kimi istifadə edir. Bu isə bütün beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır”.

Əbdül Ati həmçinin beynəlxalq ictimaiyyəti Fələstin dövlətini tanımağa və İsrailə qarşı təzyiqləri artırmağa çağırıb:

“Ümid edirik ki, tezliklə razılaşma əldə olunacaq. Bu mənasız müharibənin dərhal dayandırılması zəruridir”, – deyə Misir XİN rəhbəri vurğulayıb.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*