İtaliya millisinin və Fransanın PSJ futbol klubunun qapıçısı Canluici Donnarumma Türkiyədə çıxış edə bilər.
KONKRET.az report-a istinadən xəbər verir ki, “Qalatasaray” qapıçı ilə PSJ-nin hələ də müqavilənin uzadılması barədə razılığa gəlməməsindən istifadə etmək istəyir. İstanbullular artıq qolkiperə təklif göndəriblər.
Bundan əvvəl mətbuat yazırdı ki, Donnarumma “Mançester Yunayted” və “Çelsi”nin maraq dairəsinə düşüb. Qapıçı isə PSJ-də qalmaq istədiyini bildirib.