“Qalatasaray”ın sabiq futbolçusundan həbs xəbərinə reaksiya – VİDEObackend

"Qalatasaray"ın sabiq futbolçusundan həbs xəbərinə reaksiya - VİDEO

Bir neçə saat əvvəl mətbuatda həbs edilməsi ilə bağlı xəbəri yayılan futbol üzrə Türkiyə millisinin sabiq üzvü Ümit Karan qısa videomüraciət yayımlayıb.

KONKRET.az Milli.Az-a istinadən xəbər verir ki, keçmiş futbolçu açıqlamasında həbs olunması ilə bağlı yayılan məlumatları təkzib edib.

“2015-ci ildən barəmdə cinayət işi var idi. Bu gün vəkilimlə birlikdə ədliyyə orqanında işlərimi həll etdim. Həbs edilməmişəm. Xahiş edirəm, saxta xəbərlərə inanmayın”, – deyə Ü.Karan bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*