“Qalatasaray” klubundan şəhid hərbçimizlə bağlı paylaşım – FOTObackend

“Qalatasaray” klubundan şəhid hərbçimizlə bağlı paylaşım - FOTO

Türkiyənin “Qalatasaray” klubu II Qarabağ Müharibəsində şəhid olmuş Azərbaycan ordusunun hərbi qulluqçusu Fərid Dursunovla bağlı paylaşım edib.

KONKRET.az xəbər verir ki, paylaşım İstanbul klubunun rəsmi “Twitter” səhifəsində dərc edilib.

Hərbçimizin xatirəsinə həsr edilən paylaşımı təqdim edirik:

“Şəhid olsam, məzarıma Azərbaycan bayrağı ilə birlikdə “Qalatasaray” bayrağı da asın” deyən və vəsiyyəti yerinə yetirilən şəhid Fərid Dursunovla birlikdə bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. “Qalatasaray”lılıq ölməz…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*