Türkiyə Superkubokunun ilk yarımfinal matçında “Qalatasaray” “Trabzonspor”u böyük hesabla məğlub edərək adını finala yazdırıb.
KONKRET.az “Qafqazinfo” xəbər verir ki, Qaziantep Böyükşəhər Stadionunda keçirilən qarşılaşma “sarı-qırmızılılar”ın 4:1 hesablı qələbəsi ilə başa çatıb.
“Qalatasaray”ın qollarını Barış Alper Yılmaz (38′), Eren Elmalı (45+3′), Yunus Akgün (63′) və Mauro İkardi (81′) müəlliflik ediblər. “Trabzonspor”un yeganə qolunu isə 55-ci dəqiqədə Felipe Auqusto vurub.
Qeyd edək ki, bu il ilk dəfə dörd komandanın iştirakı ilə (“dördlər finalı”) keçirilən turnirin digər yarımfinal oyunu yanvarın 6-da “Fənərbaxça” və “Samsunspor” arasında baş tutacaq. Turnirin həlledici final matçı isə yanvarın 10-da İstanbuldakı Atatürk Olimpiya Stadionunda oynanılacaq.
