Sofiya Hadjipanteli qeyri-adi görünüşü ilə diqqəti çəkən yunan modelidir. Qız Kiprdə doğulub və uşaq ikən ailəsi ilə birlikdə ABŞ-a köçüb. Orada marketinq üzrə təhsil almağa qərar verib. Paralel olaraq Hugo Boss və Guess brendləri üçün model kimi çalışıb.
KONKRET.az bildirir ki, Sofiya həm də ənənəvi gözəllik standartlarını pozan modeldir. Onun sosial mediada 500 mindən çox izləyicisi var. Sofiya burada özü və işi haqqında foto və videolar paylaşır.