Qalkin Puqaçova ilə boşanma xəbərlərinə yenidən reaksiya verdi: “Arzunuz gözünüzdə qalacaq”backend

Qalkin Puqaçova ilə boşanma xəbərlərinə yenidən reaksiya verdi: “Arzunuz gözünüzdə qalacaq”

Televiziya aparıcısı və yumorist Maksim Qalkin həyat yoldaşı Alla Puqaçovadan boşanma xəbərlərinə yenidən reaksiya verib.

KONKRET.az xəbər verir ki, o, bu kimi söz-söhbətləri şişirdənlərə cavab olaraq İnstagramda Puqaçova ilə fotosunu yayımlayıb.

 

Посмотреть эту публикацию в Instagram

 

Не дождётесь, сплетники 😜

Публикация от Максим Галкин (@maxgalkinru)

Qalkin və Puqaçova bağ evlərinin qarşısında poz veriblər. Qalkin gülümsəyərək kameraya baxır və Puqaçova dilini smartfon obyektivinə tərəf göstərir.

“Dedi-qodu edənlər gözləməyin, – fotoşəkilini Maksim Qalkin imzalayıb.

Əvvəllər komediya ustası Alla Puqaçova ilə boşanma barədə şayiələri rədd etmişdi.

Bu yaxınlarda mətbuatda Puqaçovanın Qalkini tərk etdiyi və televiziya aparıcısının özünün arvadına soyuqluq və laqeydlik göstərdiyi barədə məlumatlar çıxıb.

Alla Puqaçova və Maksim Qalkin 2011-ci ildən bəri evlidirlər. Cütlük iki övlad böyüdür – əkizlər Lisa və Harri. Bu, televiziya aparıcısı və yumoristin ilk, müğənninin beşinci evliliyidir.

Babək Göyüş           

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*