Qalmaqallı prokuror vəfat etdi – FOTObackend

Qalmaqallı prokuror vəfat etdi – FOTO

Uzun müddət prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışmış Nazim Ağamirzəyev vəfat edib.

KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə onun yaxınları bildiriblər. 67 yaşlı sabiq prokurorun xəstəlik səbəbindən həyatını itirdiyi qeyd edilib.

Qeyd edək ki, N.Ağamirzəyev Baş Prokurorluqda xüsusilə mühüm işlər üzrə müstəntiq, DİO-nun istintaq, təhqiqat və əməliyyat-axtariş fəliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru vəzifələrində çalışıb. O, İsmayıllı, Binəqədi və Biləsuvar rayonlarında da prokurorluq orqanlarında çalışıb.

Xatırladaq ki, 2018-ci ildə N.Ağamirzəyev işdən qanunsuz çıxarıldığını bildirərək Baş Prokurorluğu məhkəməyə vermişdi. 2017-ci ildə isə o, atalığın mübahisələndirilməsi iddiası ilə məhkəməyə verilmişdi və həmin prosesi uduzmuşdu.

504377842 1128109702519246 4011043919548397706 n

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*