Qanalı nazirlər helikopter qəzasında öldübackend

Qanalı nazirlər helikopter qəzasında öldü

Qananın müdafiə naziri Edvard Omane Boama və ətraf mühit, elm və texnologiya naziri İbrahim Murtala Məhəmməd helikopterin qəzaya uğraması nəticəsində həlak olub.

KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “Ghanaweb” xəbər portalı Qana Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Julius Debraya istinadən məlumat yayıb.

Ölkənin cənubunda Akrofuon şəhəri yaxınlığında helikopter qəzaya uğrayıb. O, yerə yıxıldıqdan sonra alovlanıb. Baş Qərargah rəisi bildirib ki, iki nazir də daxil olmaqla 4 nəfər həlak olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*