Qanuni oğru Şakro Molodoyu şərti azadlığa buraxılır.
KONKRET.az xəbər verir ki, onun azad olmasının ilkin səbəbi görmə qabiliyyətinin kəskin şəkildə pisləşməsidir.
Qeyd edək ki, qanuni oğru 71 yaşlı Zaxari Kalaşov 2019-cu ildə zorakılıqla başqasından pul tələb etdiyi üçün Ust-Labinskdəki həbsxanaya göndərilib.
Martın 13-də məhkəmə onun səhhətinə görə şərti azadlığa buraxılması barədə vəsatətini təmin edib. Şakro martın 28-də azadlığa buraxılmalıdır.
Natiq Səlim,
KONKRET.az