Qanunsuz ov edən şəxs cəzalandırıldıbackend

Qanunsuz ov edən şəxs cəzalandırıldı

Çöl ördəklərini qanunsuz ovlayan və onları nümayiş etdirərək əcnəbiləri ov etməyə çağıran şəxslə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırma aparılıb.

Bu barədə KONKRET.az-a Xidmətin rəisi Hikmət Əlizadə məlumat verib.

Onun sözlərinə görə, həmin şəxsin İmişli şəhər sakini Razi Səmədov olduğu müəyyən edilib.

Xidmət rəisi bildirib ki, faktla bağlı akt, protokol tərtib edilib və təqsirkar şəxs barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər hüquq-mühafizə orqanına göndəriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*