Qanunsuz pensiya alanların NƏZƏRİNƏ: İndiyə qədər aldığınız təqaüdlər…backend

Qanunsuz pensiya alanların NƏZƏRİNƏ: İndiyə qədər aldığınız təqaüdlər...

Türkiyədə Sosial Müdafiə Təşkilatı saxta sığorta yolu ilə qanunsuz şəkildə pensiya alanlarla bağlı araşdırmaları gücləndirib. Son iki ildə aparılan yoxlamalar nəticəsində 2023-cü ildə 89 min, 2024-cü ildə isə 100 minə yaxın şəxsin sığortası ləğv olunub.

Bəs, Azərbaycanda da bu cür hallar aşkarlanarsa, artıq ödənilmiş pensiya vəsaiti geri tələb oluna bilərmi?

Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli KONKRET.az-a açıqlamasında bildirib ki, ölkə qanunvericiliyi bu məsələyə açıq şəkildə aydınlıq gətirir.

Xalid Kərimli: Bu Naxçıvan üçün çox uğurlu mode...

“Əgər düzgün hesablanmayan, saxta sənədlərlə və ya hüquqi əsas olmadan təyin olunmuş pensiya aşkarlanarsa, ödənilmiş məbləğ son qəpiyinə qədər geri alınır. Bu, ya şəxsin növbəti pensiyalarından tutulur, ya da ümumiyyətlə pensiya hüququ yoxdursa, onun digər gəlirlərinə yönəldilir. Qanun bunu tələb edir və aidiyyəti orqanlar həmin məbləği geri alırlar,” – deyə ekspert vurğulayıb.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*