Qanunsuz saxladığı “Kalaşnikov”u polisə təhvil verdibackend

Qanunsuz saxladığı "Kalaşnikov"u polisə təhvil verdi

Vətəndaşlarda olan odlu silah-sursatların könüllülük prinsipi əsasında təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən KONKRET.az-a verilən xəbərə görə, Pirallahı Rayon Polis İdarəsinə müraciət edən Dübəndi qəsəbəsi sakini olan bir nəfər qanunsuz saxladığı odlu silah-sursatı təhvil vermək üçün polisə müraciət edib. Həmin şəxsin qeyd etdiyi ünvana baxəış zamanı1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd sandıqça, və 141 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb.

Əhalidə saxlanılan qanunsuz odlu silahların könüllülük prinsipi əsasında təhvil verilməsi istiqamətində aparılan profilaktik tədbirlərə dəstək verdiyi üçün vətəndaşa təşəkkür edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*