Qanunsuz tikililərlə bağlı kritik qərar gözlənilir – AÇIQLAMAbackend

Qanunsuz tikililərlə bağlı kritik qərar gözlənilir - AÇIQLAMA

Azərbaycanda qanunsuz şəkildə inşa edilən yaşayış evlərinin hüquqi statusunun müəyyənləşdirilməsi hələ də gündəmdədir. Qeyri-rəsmi hesablamalara əsasən, ölkə ərazisində sənədsiz tikilmiş evlərin sayı 400-500 min civarındadır.

KONKRET.az xəbər verir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimovanın fikrincə, belə tikililərin leqallaşdırılması yalnız qanunsuz tikinti fəaliyyətinə tam son qoyulduqdan sonra müzakirə oluna bilər. O bildirib ki, hər hansı amnistiya vətəndaşları qanunsuz tikintiyə həvəsləndirməməlidir: “İnsanlar anlamalıdırlar ki, icazəsiz tikinti yolverilməzdir. Bu prosesin dayandığına əmin olduqdan sonra mövcud tikililərlə bağlı amnistiya məsələsinə baxıla bilər”.

Daşınmaz əmlak üzrə mütəxəssis Ramil Osmanlı isə fərqli mövqe sərgiləyib. Onun sözlərinə görə, problemi mərhələli yox, paralel şəkildə həll etmək daha məqsədəuyğundur. Ekspert hesab edir ki, bir qərarla həm mövcud özbaşına tikililər sənədləşdirilə, həm də gələcəkdə bu cür halların qarşısının alınması üçün aidiyyəti qurumlara ciddi tapşırıqlar verilə bilər. Bu zaman qanunsuz tikintiyə yol verən həm vəzifəli şəxslər, həm də fiziki şəxslər inzibati və cinayət məsuliyyəti daşımalıdırlar.

Xatırladaq ki, son illərdə qanunsuz tikililərlə bağlı qanunvericilikdə bir sıra dəyişikliklər edilib. Bu dəyişikliklərdən biri də mülkiyyət sənədi olmayan torpaq sahələrində inşa edilən tikililərin kommunal xidmətlərə qoşulmasının qadağan edilməsidir. \\Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*