Qaqauziya rəhbəri Yevgeniya Qutsul bildirib ki, Rusiyayla əlaqələrin bərpası çağırışlarına görə məhkəməyə verilib.
KONKRET.az axar.az-a istinadən xəbər verir ki, bu barədə o, TASS- a açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu, Kişinyovdakı Qərbpərəst hökumətin sifarişidir.
Qutsul iddia edir ki, prezident Vladimir Putinlə görüşündən sonra ona qarşı cinayət işi gündəmə gəlib. O, keçmiş Antikorrupsiya Prokuroru Veronika Drəqalinin onun mandatdan imtina etməsi müqabilində işi bağlamağı təklif etdiyini deyib.