backend

Qaqik Ambaryan: "Paşinyanın Putinlə “qucaqlaşma” videosu..."

Paşinyanla Putinin görüşü aldadıcı ola bilər. KONKRET.AZ xəbər verir ki, bunu siyasi analitik Qaqik Ambaryan vurğulayıb. Onun sözlərinə görə, “Ermənistanla Rusiya arasındakı problemlərin hər hansı birinin həll olunduğunu gözləyin və bunun nəticəsindən bu görüşün eyforiyasını qiymətləndirin… Moskva Paşinyanın dövlət düşüncəsinin olmamasından məharətlə stifadə edir”.

Ambaryan qeyd edir ki, Rusiya Ermənistana qaz qiymətlərini aşağı salarsa, “parlaq” görüş barədə danışmaq mümkün olacaq: “Əgər Rusiya Ermənistana qaz qiymətlərini endirsə, Ermənistanın sürücülük vəsiqəsinin sahibləri Rusiyada, Avrasiya İttifaqına üzv olan ölkələrdə hüququ tanınsa və dogər problemlər həll olunsa, onda Paşinyanın görüşünü müsbət dəyələndirmək olar”.

Analitik müxtəlif mənbələrə istinadla bildirir ki, Moskva Ermənistana verilən qazın qiymətini qaldıracaq, Cənubi Qafqaz dəmiryolu ilə bağlı ciddi problemlər var, sürücünün hüquqları məsələsi hələ həll edilməyib və Yuxarı Larsdakı avtomobillərin Ermənistana tərəf yönəldilməsi müxtəlif mənbələrə görə Pyatiqorsk şəhərinə çatıb.

Ekspert həyəcanla bildirir ki, son vaxtlar Ermənistan vətəndaşlığından çıxan və Rusiya vətəndaşlığını alan ermənilərin sayı da fəlakətli dərəcəyə çatıb: “Ailəsi olan əksər insanlar Ermənistan vətəndaşlığından imtina edərək Rusiyaya gedirlər”.

Ambaryan xüsusi ironiya ilə deyir ki, “Paşinyan ictimaiyyəti inandırmaq üçün Putinlə “qucaqlama” videosunu yayımlamaqla bu ölkə ilə hər şeyin daha yaxşı olduğunu göstərməyə çalışdı. Ancaq erməni cəmiyyəti bu görüşün həqiqi qiymətləndirməsini vermək üçün konkret nəticələri gözləyir”.

Politoloq Paşinyanın ziddiyətli addımlarına eyham edərək vurğulayır ki, Paşinyan Ermənistan-Amerika münasibətlərinin kəskinləşməsinə səbəb olduğu və Moskvanı məmnun etmək üçün Suriyaya erməni sülhməramlılarını göndərdi. Bütün bunların fonunda isə Paşinyan sentyabr ayının sonunda ABŞ-a səfəri zamanı yüksək səviyyədə qəbul edilmədi. Dövlət Departamentində və ya Ağ Evdə heç onun üzünə də baxmadılar. Moskva isə Paşinyanın dövlət təfəkkürünün olmamasından faydalanır və necə deyərlər, “İştah yeməklə gəlir” şüarı altında Yerevandan çox şey tələb olunur …

Hazırladı: Fadil PAŞAYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*