Qara dənizdə gəmiyə hücum edilib.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Dənizçilik Baş İdarəsindən məlumat verilib.
“Günəbaxan yağı daşıyan “MIDVOLGA-2″ tankeri Rusiyadan Gürcüstana gedərkən sahillərimizdən 80 mil məsafədə hücuma məruz qalıb. 13 heyət üzvündən heç kim xəsarət almayıb və gəmi kömək istəməyib. Gəmi Sinop istiqamətində hərəkət edir”, – deyə məlumatda bildirilib.
