“Qarabağ” APOEL-ə uduzdubackend

"Qarabağ" APOEL-ə uduzdu

“Qarabağ” komandası UEFA Avropa Liqasının qrup mərhələsində IV tur matçına çıxıb.

KONKRET.AZ-ın məlumatına görə, Azərbaycan təmsilçisi Kiprdə APOEL-lə üz-üzə gəlib. Nikosiyadakı “GSP Arena”da təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:1. Hər üç qol künc zərbəsindən sonra vurulub. 10-cu dəqiqədə Maksim Medvedev hesabı açsa da, 59-cu dəqiqədə Lukas Souza bərabərlik, 88-ci dəqiqədə George Efrem qələbə topunu vurub.

Digər tərəfdən, “Qarabağ” 16-cı dəqiqədə itki ilə üzləşib. Dani Kintana zədələnərək, yerini Maqaye Qeyeyə verib. Lakin zədəli Mahir Mədətovun yoxluğunda əsas qol ümidi sayılan fransalı hücumçu ona bəslənən ümidləri doğrultmayıb. Elə buna görə Qeyenin özü də 76-cı dəqiqədə meydandan alınıb. Onun yerinə isə zədəsini sağaldan Xayme Romero çıxıb. Oyunun gedişində zədə alan Miçel isə 83-cü dəqiqədə Abbas Hüseynovla əvəzlənib.

Bu nəticədən sonra xallarını 4-ə çatdıran APOEL eyni xala malik “Qarabağ”la 2-3-cü yerləi bölüşür. A qrupunun digər matçında Lüksemburqda “Düdelanj”ı 5:2 hesabı ilə yenən İspaniya “Sevilya”sı xallarını 12-yə çatdırıb və birinci pillənin sahibi kimi 1/16 finala yüksəlib. 3 xala malik “Düdelaj” isə qrupda sonuncu pilləyə enib.


***23:44

 

APOEL “Qarabağ”la oyunda hesabda irəli çıxıb.

KONKRET.AZ-ın məlumatına görə, meydan sahibləri qarşılaşmanın 88-ci dəqiqəsində ikinci qolu “Qarabağ”ın qapısından keçiriblər – 1:2

***23:14

“Qarabağ” – APOEL oyununda hesab bərabərləşib.

KONKRET.AZ-ın məlumatına görə, Lucas Souza qarşılaşmanın 59-cu dəqiqəsində topu “Qarabağ”ın qapısından keçirib. APOEL – “Qarabağ” – 1-1

 

***22:07

“Qarabağ” APOEL-lə səfər matçında hesabı açdı

Avropa Liqasının qrup mərhələsinin IV turunun APOEL (Kipr) – “Qarabağ” (Azərbaycan) oyununda hesab açılıb.

KONKRET.AZ-ın məlumatına görə, Nikosiyada keçirilən matçın 10-cu dəqiqəsində Azərbaycan çempionu fərqlənib. Maksim Medvedev dəqiq zərbə ilə Ağdam təmsilçisini hesabda önə keçirib – 1:0.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*