“Qarabağ” Çempionlar Liqasından neçə milyon qazandı?backend

“Qarabağ” Çempionlar Liqasından neçə milyon qazandı?

Bu mövsüm də “Qarabağ” Avrokuboklarda uğurla irəliləyir. 

KONKRET.az xəbər verir ki, komanda artıq Çempionlar Liqasının play-off mərhələsinə vəsiqə qazanıb.

Klub ölkəmizə reytinq xalı qazandırmaqla yanaşı büdcəsini də xeyli zənginləşdirib.

Təsadüfi deyil ki, komanda Çempionlar Liqasında play-off mərhələsinə yüksəlməklə birbaşa olaraq UEFA-dan 4 milyon 310 min avro alacaq. Bu təxminən 8,6 milyon manat olacaq. Vəsait Avroliqanın qrup mərhələsində iştiraka görə verilir. Komanda əgər Çempionlar Liqasının əsas mərhələsinə düşərsə, UEFA-dan əlavə 18 milyon 620 min avro gəlir əldə edəcək ki, bu da 37 milyon manata yaxın vəsait deməkdir.

Ağdam təmsilçisi play-off mərhələsində məğlub olsa belə, yenə də UEFA-dan 4 milyon 290 min avro kompensasiya əldə edəcək.

Deməli, “Qarabağ” artıq bu mövsüm UEFA-dan minimum 8 milyon 600 min avro qazanıb ki, bu da təxminən 17 milyon manata yaxın vəsait deməkdir.

Bu pulun miqdarı “Qarabağ”ın bir mövsümlük büdcəsinin böyük hissəsini təşkil edə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*