“Qarabağ”la müqaviləm başa çatır. Yeni mövsüm “Qarabağ”da qalacağam, ya yox, bilmirəm.
KONKRET.az xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Yassin Benzia “CBC Sport”a açıqlamasında deyib.
“Bəlkə də sonuncu Azərbaycan çempionluğumdur. Ona görə fərqli hisslər yaşadığımı deyirəm. “Qarabağ”la danışıqlar gedir. Biz hələ də razılıq əldə etməmişik. Hər şey ola bilər. Bəzi klublar menecerimlə danışıq aparır. Adları çəkə bilmərəm. Bu mənim işim deyil. Mənim işim meydana çıxaraq hər matçda qələbə qazanmaqdır. Mövsümün sonunda qərar veriləcək. Hələ iki oyun qalıb. Tam fikrim bu oyunlara yönəlib”, – Benzia bildirib.
“Qarabağ”da qalmaq üçün şərtlərim çoxdur. Bunu sizə açıqlaya bilmərəm. Bu, mən və klubum arasına olan məsələdir. “Qarabağ”ı çox sevirəm. Qurban Qurbanov formamı bərpa etməyim üçün mənə çox kömək etdi. “Qarabağ”da qalıb-qalmamağımdan asılı olmayaraq, bu klub hər zaman qəlbimdə qalacaq”, – futbolçu əlavə edib.
Qeyd edək ki, Benzianın “Qarabağ”la müqavilə müddəti gələn ayın 30-da başa çatacaq.