“Qarabağ” – “Dinamo”ya məğlub OLDUbackend

"Qarabağ" - "Dinamo"ya məğlub OLDU

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Qarabağ” səfərdə “Dinamo”nun (Zaqreb, Xorvatiya) qonağı olub.

KONKRET.az xəbər verir ki, “Maksimir” stadionunda keçirilən matçda meydan sahibləri 3:0 hesablı qələbə qazanıb.

Görüşdə hesabı 29-cu dəqiqədə Marko Pyaça açıb. 75-ci dəqiqədə Sandro Kulenoviç fərqi iki topa çatdırıb. 5 dəqiqə sonra daha bir qol vuran Kulenoviç dubl müəllifi olmaqla görüşdə yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, tərəflər arasında cavab görüşü avqustun 28-də Bakıda baş tutacaq.

00:48

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Dinamo” (Zaqreb, Xorvatiya) – “Qarabağ” matçında üçüncü qol vurulub.

KONKRET.az xəbər verir ki, tərəflər arasında “Maksimir” stadionunda keçirilən ilk oyunda ev sahibləri növbəti dəfə qol sevinci yaşayıb – 3:0.

80-ci dəqiqədə Sandro Kulenoviç dubl müəllifi olub.

00:42

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Dinamo” (Zaqreb, Xorvatiya) – “Qarabağ” matçında ikinci qol vurulub.

KONKRET.az xəbər verir ki, tərəflər arasında “Maksimir” stadionunda keçirilən ilk oyunda ev sahibləri növbəti dəfə qol sevinci yaşayıb – 2:0.

75-ci dəqiqədə Sandro Kulenoviç fərqlənib.

00:10

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində “Dinamo” (Zaqreb, Xorvatiya) – “Qarabağ” matçında ilk hissə yekunlaşıb.

KONKRET.az xəbər verir ki, “Maksimir” stadionundakı oyunda ev sahibləri fasiləyə öndə yollanıb – 1:0.

29-cu dəqiqədə Marko Pyaça fərqlənib.

23:32

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində davam edən “Dinamo” (Zaqreb, Xorvatiya) – “Qarabağ” matçında hesab açılıb.

KONKRET.az xəbər verir ki, “Maksimir” stadionundakı oyunda ev sahibləri hesabda önə çıxıb – 1:0.

29-cu dəqiqədə Marko Pyaça fərqlənib.

23:00

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində “Dinamo” (Zaqreb, Xorvatiya) – “Qarabağ” matçı start götürüb.

KONKRET.az  xəbər verir ki, qarşılaşma “Maksimir” stadionunda keçirilir.

Matçı isveçli baş hakim Qlenn Nyuberq idarə edir.

19:28

Bu gün UEFA Çempionlar Liqasında pley-offun oyunlarına start veriləcək.

KONKRET.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” da səfərdə ilk oyununa çıxacaq.

Qurban Qurbanovun komandası Xorvatiyada Zaqreb “Dinamo”su ilə üz-üzə gələcək.

“Maksimir” stadionunda keçiriləcək qarşılama saat 23:00-da start götürəcək.

Qeyd edək ki, cavab oyunu avqustun 28-i Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də baş tutacaq.

Çempionlar Liqası
Pley-off, ilk oyun
20 avqust

23:00. “Dinamo” – “Qarabağ”
Baş hakim: Qlenn Nyuberq
Baş hakimin köməkçiləri: Mahbod Beiqi, Andreas Söderkvist
Dördüncü hakim: Adam Ladebek
VAR hakimləri: Bastian Dankert və Yohann Pfeifer
UEFA nümayəndəsi: Filip Popovski
“Maksimir” stadionu

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*