“Qarabağ” dünya reytinqində GERİLƏDİbackend

“Qarabağ” dünya reytinqində GERİLƏDİ

“Qarabağ” klubu dünya reytinqində daha üç pillə geriləyib.

KONKRET.az xəbər verir ki, Azərbaycan çempionu Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının tərtib etdiyi cədvəldə 137,25 xalla 134-cü yerdə qərarlaşıb.

“Zirə” (84,75 xal) 42 mövqe itirərək 274-cü sıraya düşüb.

”Araz-Naxçıvan” (70.25 xal) 76 pillə irəliləyərək 363-cü, “Sabah” (86 xal) 49 sıra artıraraq 264-cü olub.

Qeyd edək ki, 501 klubun yer aldığı siyahının ilk pilləsində İspaniya təmsilçisi “Real” (520 xal) qərarlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*