Avropa Liqası: “Qarabağ” səfərdə “Elfsborq”a məğlub oldubackend

Avropa Liqası: “Qarabağ” səfərdə “Elfsborq”a məğlub oldu

“Qarabağ” UEFA Avropa Liqasında İsveçin “Elfsborq” klubuna məğlub olub.

KONKRET.az xəbər verir ki, Liqa mərhələsinin VI turuna təsadüf edən qarşılaşmada təmsilçimiz 0:1 hesabı ilə uduzub.

“Buros Arena”da baş tutan matçda yeganə qol 57-ci dəqiqədə vurulub. Meydan sahiblərinin heyətində Ahmed Kasem fərqlənib.

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Avropa Liqasında növbəti oyununu gələn il yanvarın 23-də Rumıniya təmsilçisi FCSB-a qarşı keçirəcək.//Report

***

UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunun “Elfsborq” (İsveç) – “Qarabağ” oyununda hesab açılıb.

KONKRET.az xəbər verir ki, “Buros Arena”da keçirilən matçda meydan sahibləri hesabıda irəli çıxıblar – 1:0.

57-ci dəqiqədə Ahmed Kasem fərqlənib.

***

UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunun “Elfsborq” (İsveç) – “Qarabağ” oyununda ikinci hissə başlayıb.

KONKRET.az xəbər verir ki, Buros şəhərindəki “Buros Arena”da keçirilən matçda hesab açılmayıb.

Matçı portuqaliyalı baş hakim Antoniu Nobre idarə edir.

***

UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunun “Elfsborq” (İsveç) – “Qarabağ” oyununda ilk hissə başa çatıb.

KONKRET.az xəbər verir ki, Buros şəhərindəki “Buros Arena”da keçirilən matçda hesab açılmayıb.

Matçı portuqaliyalı baş hakim Antoniu Nobre idarə edir.

***

UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunun “Elfsborq” (İsveç) – “Qarabağ” oyunu start götürüb.

KONKRET.az xəbər verir ki, qarşılaşma Buros şəhərindəki “Buros Arena”da keçirilir.

Matçı portuqaliyalı baş hakim Antoniu Nobre idarə edir.

***

Bu gün “Qarabağ” Avropa Liqasının Liqa mərhələsində VI tur oyununa çıxacaq.

KONKRET.az xəbər verir ki, komandaların start heyətləri açıqlanıb:

“Qarabağ”: Mateuş Koxalski, Marko Veşoviç, Mateus Silva, Bədavi Hüseynov (k), Elvin Cəfərquliyev, Marko Yankoviç, Julio Romao, Yassin Benzia, Aleksey Kaşuk, Abdullah Zubir, Olaviyo Juninyo

Ehtiyat oyunçular: Sadiq Məmmədzadə, Fabian Buntiç, Patrik Andrade, Leandro Andrade, Riçard Almeyda, Musa Qurbanlı, Aleksey İsayev, Abbas Hüseynov, Nəriman Axundzadə, Emmanuel Addai, Toral Bayramov

“Elfsborq”: Pettersson, Yeqbe, Holmen (k), A. Zeneli, Baydu, Hedlund, Ouma, Qasem, Hult, B. Zeneli, İbrahim

Ehtiyat oyunçular: Uppenberq, Sorensen, Henriksson, Aronsson, Tomasen, Holten, Larsson, Abdullai, Kaib, Rapp, Rixtner, Östman

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*