“Qarabağ ermənilərinə qaçqın statusu verməklə onların Ermənistan ərazisindən çıxması prosesini asanlaşdırırıq. Bu status onlara Ermənistan vətəndaşlığından imtina etmədikləri təqdirdə verilməlidir”.
KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, bunu Konstitusiya məsələləri üzrə ekspert Vardan Ayvazyan deyib.
O bildirib ki, yüksək həyat səviyyəsi olan ölkələrdəki qaçqınlar imtiyazlardan istifadə edirlər.
“Belə bir şans Qarabağdan gələn ermənilərin kütləvi axınına səbəb ola bilər ki, bu da Ermənistan üçün arzuolunmazdır”, – deyə Ayvazyan bildirib.
Onun sözlərinə görə, Ermənistanda elə bir atmosfer formalaşmalıdır ki, Qarabağ erməniləri ölkənin təhlükəsizliyi baxımından Ermənistanda qalmağın ən düzgün qərar olduğunu başa düşsün.
Günel Mikayılova,
KONKRET.az