​”Qarabağ”ın ÇL-dəki rəqibi bu klub oldubackend

​"Qarabağ"ın ÇL-dəki rəqibi bu klub oldu

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”ın qarşılaşacağı rəqib müəyyənləşib.

KONKRET.az xəbər verir ki, Ağdam təmsilçisi bu raundda Şimali Makedoniya çempionu “Şkendiya” ilə qarşılaşacaq.

Makedoniya klubu 2-ci mərhələdə Rumıniyanın FCSB komandasını mübarizədən kənarlaşdırıb. İlk oyunda evdə 1:0 hesabı ilə qalib gələn “Şkendiya” səfərdə də üstün olub – 2:1. Beləliklə, iki oyunun nəticəsinə görə mərhələ adlayıb və “Qarabağ”la üz-üzə gələcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*