“Qarabağ”ın UEFA Çempionlar Liqasında Macarıstan “Ferentsvaroş”una qarşı keçirəcəyi pley-off matçlarının başlama saatları açıqlanıb.
KONKRET.az xəbər verir ki, “Ferentsvaroş”un rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, avqustun 19-da “Groupama Arena”da təşkil olunacaq ilk oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Cavab görüşü isə avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək. Qarşılaşma saat 20:45-də başlanacaq.