“Qarabağ”ın prezidenti püşkatma mərasimində iştirak edəcəkbackend

“Qarabağ”ın prezidenti püşkatma mərasimində iştirak edəcək

“Qarabağ”ın prezidenti Tahir Gözəl UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimində iştirak edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, klub rəhbəri dekabrın 18-də İsveçrənin Nyon şəhərində təşkil olunacaq tədbirdə komandanın rəqibinin müəyyənləşməsini canlı izləyəcək.

Qeyd edək ki, H qrupunda 10 xalla ikinci yeri tutan “Qarabağ”ın pley-off mərhələsindəki potensial rəqibləri “Qalatasaray” (Türkiyə), “Lans” (Fransa), “Braqa”, “Benfika” (hər ikisi Portuqaliya), “Feyenoord” (Niderland), “Milan” (İtaliya), “Yanq Boyz” (İsveçrə) və “Şaxtyor”dur (Donetsk, Ukrayna). Bu raundun oyunları 2024-cü il fevralın 15-də və 22-də keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*