“Qarabağ”ın qələbəsi – Abbasın qolu bir milyon manat gəlir gətirdibackend

"Qarabağ"ın qələbəsi - Abbasın qolu bir milyon manat gəlir gətirdi

Azərbaycanın avrokuboklarda yeganə təmsilçisi olan “Qarabağ” UEFA Konfrans Liqasında inamlı çıxışı ilə yadda qalır.

KONKRET.az xəbər verir ki, Ağdam təmsilçisi ötən axşam Qazaxıstanın “Kayrat” klubunu 2:1 hesabı ilə məğlub etməklə həm xallarının sayını 7-ə yüksəldib, həm də büdcəsini zənginləşdirib.

Belə ki, Abbas Hüseynovun son dəqiqələrdə vurduğu qolla Qazaxıstan təmsilçisi üzərində əldə edilən qələbə Qurban Qurbanovun komandasına 500 min avro ( 990 min manat) qazandırıb. Bir sözlə, Abbasın qolu bir milyon manatlıq qol da adlandırmaq olar.

Bu, qrup mərhələsində qazanılan hər qələbəyə görə UEFA tərəfindən verilən mükafatdır. Qitənin ali futbol qurumunun qrup mərhələsində qeydə alınan heç-heçəyə görə ayırdığı mükafat isə 166 min avrodur.

“Qarabağ”ın keçirdiyi üç oyunda iki qələbə qazanıb, bir heç-heçə etdiyini nəzərə alsaq, deməli, UEFA-dan təkcə üç matçın nəticəsinə görə 1 milyon 166 min avro gəlir əldə edilib.

Ağdam təmsilçisi bundan öncə 2 milyon 294 min avronu isə qrup mərhələsinə vəsiqə qazandığı üçün əldə edib.

Komandanın qrup mərhələsinə vəsiqə qazanması və keçirdiyi üç oyunda əldə etdiyi nəticələrə görə indiyədək 3 milyon 460 min avro qazanıb ki, bu da 6 milyon 855 min manat deməkdir. Təmsilçimizin qarşıda oyunlarının olduğunu nəzərə alsaq, bu məbləğin artacağı istisna deyil. Azərbaycan təmsilçisinin hələ səfərdə “Bazel” və “Kayrat”la, evdə isə “Omoniya” ilə matçları qalıb.

Qeyd edək ki, “Qarabağ” qrupu lider kimi tamamlasa, əlavə 650 min avro əldə edəcək. Qrup ikincilərinə 325 min, 1/16 finala çıxanlara 300 min, 1/8 finala vəsiqə qazananlara 600 min avro ödəniləcək. qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*