“Qarabağ”ın sabiq qapıçısı bu klubda oynayacaqbackend

“Qarabağ”ın sabiq qapıçısı bu klubda oynayacaq

“Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiçin yeni klubu bəlli olub. 

KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 36 yaşlı qapıçı “Çorum” komandasına transfer olunub.

Bosniyalı qapıçı ilə 2+1 illik müqavilə imzalanıb. Onun son klubu Səudiyyə Ərəbistanın “Əl-Halic”i olub.

Qeyd edək ki, İbrahim Şehiç 2013-2018-ci illərdə “Qarabağ”da oynayıb. O, Ağdam təmsilçisinin heyətində 5 dəfə Azərbaycan çempionu olub, 3 dəfə Azərbaycan kubokunu qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*