“Qarabağ” işimizi çox çətinləşdirdi”backend

"Qarabağ” işimizi çox çətinləşdirdi"

“İkinci hissəni əla keçirdik. Uşaqları təbrik edirəm”.

KONKRET.az Qol.az-a istinadən xəbər verir ki, bunu APOEL-in kapitanı Nikolas Yoannu deyib.

Avropa Liqasının qrup mərhələsinin IV turunda “Qarabağ”ı qəbul edən Kipr təmsilçisi 2:1 hesablı qələbə qazanıb. Yerli mətbuata açıqlamasında matçı dəyərləndirən müdafiəçi hələ hər şeyin bitmədiyini düşünür: “Bu oyunun növbəti mərhələyə yüksəlmək baxımından nə qədər əhəmiyyətli olduğunu bilirdik. Ancaq hələ heç nə bitməyib. “Qarabağ” işimizi çox çətinləşdirdi, yaxşı komandadı. C”la bu mövsüm avrokuboklarda keçirdiyimiz 4 oyunun hamısında şanlar 50/50 idi.

Bir cavab yazın