“Qarabağ” liqaya düşərsə, mümkün rəqibləri kimlər olacaq?backend

"Qarabağ" liqaya düşərsə, mümkün rəqibləri kimlər olacaq?

“Qarabağ” UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yüksələcəyi təqdirdə bir sıra nəhəng klublarla qarşılaşa bilər.

KONKRET.az Oxu.az-a istinadən xəbər verir ki, İngiltərə təmsilçiləri arasında “Liverpul”, “Arsenal”, “Mançester Siti”, “Nyukasl”, “Tottenhem” və “Çelsi” klubları “Qarabağ”ın mümkün rəqibləri sırasındadır.

İtaliyadan “Napoli”, “İnter”, “Atalanta” və “Yuventus”, İspaniyadan isə “Barselona”, “Real Madrid”, “Atletik Bilbao”, “Atletiko Madrid” və “Vilyarreal” klubları Ağdam klubunun qarşılaşa biləcəyi komandalardandır.

Almaniya təmsilçiləri “Bavariya”, “Bayer Leverkuzen”, “Borussiya Dortmund” və “Ayntraxt Frankfurt”, Fransadan isə PSJ, “Olimpik Marsel” və “Monako” da siyahıda yer alır.

Bundan əlavə, Niderlanddan “Ayaks” və PSV, Portuqaliyadan “Sportinq”, Belçikadan “Yunion”, Türkiyədən “Qalatasaray”, Çexiyadan “Slaviya Praqa” və Yunanıstandan “Olimpiakos” da potensial rəqib ola bilər.

Həmçinin pley-off mərhələsində aşağıdakı cütlərin qalibləri də Liqa mərhələsində yer alacaq:

“Ferentsvaroş” (Macarıstan) – “Qarabağ” (Azərbaycan);

“Srvena Zvezda” (Serbiya) – “Pafos” (Kipr);

“Reyncers” (Şotlandiya) – “Brügge” (Belçika);

“Budyo Qlimt” (Norveç) – “Şturm Qraz” (Avstriya);

“Seltik” (Şotlandiya) – “Kayrat” (Qazaxıstan);

“Bazel” (İsveçrə) – “Kopenhagen” (Danimarka);

“Fənərbağça” (Türkiyə) – “Benfika” (Portuqaliya).

Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin püşkü avqustun 28-də atılacaq. İlk turun oyunları 16-18 sentyabrda keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*