“Qarabağ müharibəsi: Hansı ölkə tələyə düşdü” – ŞƏRHbackend

"Qarabağ müharibəsi: Hansı ölkə tələyə düşdü" - ŞƏRH

Qarabağda kim tələyə düşdü? Ermənistan? Əgər itkilərini hesablasaq və onları Azərbaycanla müqayisə etsək, bəli. Əsgərlər nə qədər cəsarətli, peşəkar olsa belə XXI əsrin texnologiyalarına uduzdu. Xüsusən də köhnəlmiş sovet silahları onları bədbəxt etdi. Bunu inkar etmək olmaz.

Ermənistanın 22 oktyabrdakı əks hücumu isə sadəcə erməni qüvvələrinin qətliamı idi. Öldürülən yüzlərlə erməni əsgəri (döyüş sahəsindəki Azərbaycan əsgərlərinin videosuna görə). Dəhşət. Bu əməliyyatı planlaşdıran erməni generalları cinayətkardırlar. Ermənilər 1990-cı illərdə ilişib qalıblar. 21-ci əsrin astanasındaykən.

Niyə Zəngilan döyüşmədən təslim oldu? Eyni zamanda, Ermənistan düşmənin pilotsuz təyyarələrinin hökm sürdüyü havaya nəzarət etmirdi.

Müharibə dövründə Azərbaycana da hər tərəfdən təzyiq göstərilirdi. Buna baxmayaraq o, qalib gəlmək üçün ciddi müqavimət göstərdi. Dövlət başçısının şöhrəti Azərbaycanda birəbeş artmağa başladı. Doğrudur, İlham Əliyev müstəqil siyasətçidir. O, dövlətinin Türkiyənin başqa bir əyaləti olmasını istəməyən uzaqgörən liderdir. Xalqların qardaşlığı, dostluq, müttəfiqlik münasibətləri, bunların hamısı öz yerində. Azərbaycanın lideri Rusiya ilə strateji əməkdaşlıq səviyyəsini qoruyub saxlaya bilir.

Putinin dediyi ki, siyasətdə dost yoxdur. Prinsipcə təmənnasız və fədakar münasibətlərə də bu konteksdən yanaşmaq lazımdır.

Əsas odur ki, Azərbaycan rəhbəri sonunda Türkiyəyə olan sevgisindən peşman deyil. Çünki tarixdə belə müttəfiqlik görünməmişdi.

Azərbaycan Ordusu qardaş bildiyi ölkədən siyasi və digər dəstək almaqla qalibiyyətini şərtləndirdi. Amma bəzi rus analitiklər hesab edir ki, əsas çətinliklər qabaqdadır.  Çünki bu ölkə aqressor qonşusu ilə yanaşı yaşamağa məhkumdur. Bu, heç də asan olmayacaq, hətta əvvəlkindən də qat-qat çətin olacaq. Ən azından Azərbaycan müharibə tərəfi kimi beynəlxalq nüfuzunu daha da yüksəltməlidir. Nə də olsa, Qarabağ Azərbaycanın bir zəfərinə çevrilsə də, bunun Türkiyənin sayəsində baş verdiyinə inanan bir çox siyasətçi və diplomat var. Türk siyasətçilər özləri də ona bəzən bu məqamları xatırlatacaqlar. Bu da təbii ki, Azərbaycan siyasətçilərini gərginləşdirəcək.

Türkiyə də Cənubi Qafqazda aktivləşməklə özü üçün geriyə yol saxlamadı. Bu illər ərzində ermənilərin türklərə qarşı nifrəti potensial idisə, indi daha da aktivləşdi. Axı Ərdoğan təkcə Avropaya qarşı dini müharibə aparmaq istədiyinə və ona rəhbərlik etməyə hazır olduğuna görə deyil (rəqibləri var, bu da onun üçün əlavə çətinliklər yarada bilər), həm də digər dövlətlərin daxili işlərinə qarışmağa başladığı üçün qınaq obyektidir. Türkiyəni qınayanlar arasında Azərbaycan istisnadır.

Millətlərarası qarşıdurmalarda boğulmaq olar. Ona görə də Türkiyə də çox ehtiyatla davranmalıdır. Ərdoğanın dünya liderləri arasındakı ziddiyyətlər üzərində oynamaq istəyi, fikir ayrılığı olduğu təqdirdə qarşıdakı düşərgəyə keçməklə davamlı təhdid etməsi onu məntiqi çıxılmaz vəziyyətə gətirib çıxardı. Ankara barışmaz geopolitik rəqiblər üçün ortaq bir problemə çevrilərək hər kəslə münasibətləri əhəmiyyətli dərəcədə korlamağı bacardı. Qlobal bir problemə və ya gücə çevrilmək son dərəcə təhlükəlidir. Türkiyə bu ehtiyatı artıq əldən verdi.

Mənbə: “Fontes ipsi sitiunt” səhifəsi

Natiq Səlim,

KONKRET.az

P.S. Çox maraqlıdır ki, bu yazıda Rusiyanın Cənubi Qafqazdakı vəziyyəti barədə bir cümlə də yoxdur. Deməli, belə şərhlərdə qərəzlilik dərhal özünü göstərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*