“Qarabağ münaqişəsi arxa plana keçirilməlidir” – Ermənipərəst rus politoloq Torosovbackend

"Qarabağ münaqişəsi arxa plana keçirilməlidir" - Ermənipərəst rus politoloq Torosov

“Azərbaycan və Ermənistan liderləri Qarabağ münaqişəsini arxa plana keçirməli və virusla mübarizə üçün birgə proqram hazırlamalıdırlar”

KONKRET.az xəbər verir ki, bu sözləri Rusiya mətbuatına politoloq Stanislav Tarasov deyib.

O, İrandan gələn koronavirus təhlükəsini həm Ermənistan, həm də Azərbaycan üçün ciddi problem olaraq qiymətləndirib. Politoloq ABŞ-ı müttəfiqlərinə kömək edə bilmədiyinə görə tənqid edib:

“ABŞ müttəfiqlərinə kömək edə bilmir, çünki o, bu prosesləri idarə etmək iqtidarında deyil və indi Rusiya öz təyyarələrini “Humanitar yardım” məqsədilə İtaliyaya göndərib. Lazım gələrsə, bu təyyarələr Cənubi Qafqaza da göndəriliəcək”.

Tarasov Putinə ikinci erməni inqilabını birinci kimi əldən verməməyi tövsiyə edib. O, pandemiyanın Qafqazın gedişatını dəyişdirə biləcəyini düşündüyünü bildirərək, bunun həm də Azərbaycan və Ermənistana bir xəbərdarlıq olduğunu qeyd edib.

Politoloq Paşinyanın qərbyönümlü siyasətinin fiaskoya uğradığına diqqət çəkib:

“Ermənistanın Baş naziri Nikol Paşinyan tez-tez koronavirusdan sonra dünyanın fərqli bir dünya olacağını bildirir və düşünür ki, Ermənistan buna hazırlaşmalıdır. O bilməlidir ki, qərb Paşinyanı dəstəkləmir və onun ümidi Rusiyayadır” – deyə o, bildirib.

Fəqan MUXTAR

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*