Ermənistan parlamentinin spikeri Alen Simonyanın beynəlxalq iddialarla bağlı bəyanatı Qarabağ separatçılarını hiddətləndirib.
KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, erməni separatçılarının keçmiş “dövlət naziri” Artak Beqlaryan bu barədə şəxsi “Facebook” hesabında yazıb.
O bildirib ki, Ermənistan parlamentinin sədri Alen Simonyanın “əgər Azərbaycan Ermənistana qarşı beynəlxalq iddialardan əl çəksə, o zaman bəlkə Ermənistan da Azərbaycana qarşı iddialarından əl çəkəcək” bəyanatı təhlükəli və məntiqsizdir.
Separatçı hesab edir ki, ermənilərin kollektiv və fərdi hüquqlarından növbəti imtina aktı yeni faciələr gətirəcək: “Ermənistan hakimiyyəti nəinki bu cür hərəkətlərdən, hətta bəyanat və niyyətlərdən də çəkinməlidir”.
Xatirə SADİQ,
KONKRET.az