Qarabağ separatçısından sərsəm AÇIQLAMA: “Artsax respublikası ləğv olunmayıb”backend

Qarabağ separatçısından sərsəm AÇIQLAMA: “Artsax respublikası ləğv olunmayıb”

“Artsax respublikası” (Qarabağdakı sabiq qondarma rejim) ləğv olunmayıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Artsax respublikası” Milli Assambleyasının Ədalət fraksiyasından olan deputatı Metaxe Akopyan Facebook səhifəsində yazıb.

“Ermənistan hakimiyyətinin yeritdiyi siyasət nəticəsində “Artsax respublikası” Azərbaycanın nəzarətinə keçib”, – deyə o, qeyd edib.

Xatırladaq ki, bu gün səhər saatlarında Ermənistan parlamentinin sədri Alen Simonyan “Artsax respublikası öz rəsmilərinin qərarı ilə ləğv edilib” fikrini səsləndirib:

“Artsax və “Dağlıq Qarabağ”ın rəsmiləri artıq yoxdur. Ermənistanda belə “şəxslərin” statusu yoxdur. “Ermənistan-Arsax parlamentlərarası komissiyası”nın mümkün iclasının çağırılacağı təqdirdə kiminlə müzakirələrin aparılacağını bilmirəm. Bir hüquqşünas kimi hesab edirəm ki, bu format artıq yoxdur”, – Simonyan bildirib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*