“Qəzəb və həsrət ruhu məhv edən duyğulardır: aşındıran, tükəndirən, daxildən alışan”.
KONKRET.az xəbər verir ki, bu barədə separatçı “Ədalət” fraksiyasının deputatı Metakse Akopyan özünün Facebook səhifəsində yazıb.
O, daha sonra fikirlərini belə davam etdirib: “Mən ona görə qəzəblənirəm ki, öz susqun razılığı ilə bizi Qarabağdan, yaşayış mühitimizdən, vətənimizdən, kimliyimizdən məhrum edən bir hökumət var.
Mən qəzəblənirəm, çünki özümü Qarabağzıs təsəvvür edə bilmirəm.
Bu hakimiyyətə görə bu gün təkcə torpaq yox, dövlətin düşüncəsi, strateji baxışı, milli qərarların müstəqilliyi üçün darıxıram.
Yalnız bir çıxış yolu var: milli kimliyin və dövlətçiliyin qayıdışı.
Bəli, qəzəb və həsrət tükəndirir, lakin düzgün istiqamətə yönəldildikdə hərəkətverici qüvvəyə çevrilə bilər.
Artsax bizim həsrətimizdir, amma bunun üçün mübarizə aparmasaq, sabah Ermənistanı da itirəcəyik. “Artsax keçmişdir” deyə qəbul etdiyimiz gün gələcək mənasını itirəcək.
Və milli güc xaricdən gətirilə bilməz; yenidən qurulmalıdır. Və bu yenidənqurmaya gedən yol vicdanımızın dayandığı yerdən başlayır.
…hər şey yenidən başlamalıdır…”.
Günel Mikayılova,
KONKRET.az