“Qarabağ” UEFA reytinqində irəlilədibackend

“Qarabağ” UEFA reytinqində irəlilədi

“Qarabağ” UEFA-nın reytinqində irəliləyib.

KONKRET.az xəbər verir ki, bu, Ağdam təmsilçisinin Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda Lissabonda “Benfika” üzərindəki qələbəsi (3:2) sayəsində mümkün olub.

Siyahı qurumun saytında yayımlanıb.

Son 5 mövsümün nəticəsinə əsəsən, əmsalını 37,000-a çatdıran Qurban Qurbanovun komandası 2 pillə irəliləyərək 57-ci yerdən 55-ci pilləyə qalxıb.

Reytinqə 125,500 əmsalla “Real” Madrid başçılıq edir.

Daha öncə xəbər verdiyimiz kimi, Azərbaycan isə milli assosiasiyaların UEFA reytinqində 1 pillə irəliləyərək 25-ci yerə yüksəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*