Qarabağa qayıdan keçmiş məcburi köçkünlərə hansı güzəştlər edilir? – AÇIQLAMAbackend

Qarabağa qayıdan keçmiş məcburi köçkünlərə hansı güzəştlər edilir? - AÇIQLAMA

Milli Məclisin deputatı Ceyhun Məmmədov Qarabağa qayıdan keçmiş məcburi köçkünlərə güzəştlər edilməsi, onların 3 illik kommunal borclardan azad edildiyi barədə iddialara aydınlıq gətirib. 

KONKRET.az xəbər verir ki, deputat Pravda.az-a açıqlamasında deyib ki, Azərbaycanda Qarabağa “Böyük Qayıdış” prosesi uğurla həyata keçirilir:

“Hazırda dövlət səviyyəsində bu istiqamətdə çox mühüm addımlar atılır. Bu proses kənardan kifayət qədər asan görünsə də, əslində çox ağır və mürəkkəb prosesdir. İnsanlarımız uzun müddət öz doğma yurdlarından köçüblər və bu gün onlar yeni ərazilərdə, yeni evlərdə məskunlaşıblar. İşğaldan azad olunmuş ərazilərə hazırda qaz çəkilişi həyata keçirilmədiyinə görə bütün proses elektrik enerjisi ilə tənzimlənir. Bəli, buna görə də sakinlər üçün müəyyən güzəştlər nəzərdə tutulub. Bu da təbiidir. Çalışmalıyıq ki, vətəndaşlarımızın Qarabağa qayıdışı üçün bütün addımları ataq, bütün səyləri göstərək. Hesab edirəm, bunu müzakirə obyektinə çevirməyə ehtiyac yoxdur. Hər bir insanımız bu məsələyə anlayışla yanaşmalıdır. Dövlət öz addımlarını atır, tədbirlər həyata keçirir. Biz də bunu dəstəkləməliyik”.

C.Məmmədov keçmiş məcburi köçkünlərin 3 il müddətinə kommunal borclardan azad edildiyi barədə iddialara isə belə cavab verib: “Müddətlə bağlı heç bir məsələ yoxdur. 3 il müddəti insanların özləri tərəfindən irəli sürülüb. Müəyyən güzəştlər var, olub və olacaq. Güzəştləri mütləq etməliyik ki, qarşımıza qoyduğumuz hədəf və məqsədlərə çata bilək. Dünyanın ayrı-ayrı ölkələrində zaman-zaman belə addımlar atılır və belə addımların olması normaldır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*