Qarabağa səfər üçün icazə asanlaşdıbackend

Qarabağa səfər üçün icazə asanlaşdı

Bu gündən Azərbaycan vətəndaşları “biletim.az” portalı və ya mobil tətbiqi üzərindən bilet əldə edərkən işğaldan azad edilmiş ərazilərə buraxılış üçün icazələr avtomatik qaydada təqdim olunur.

KONKRET.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu funksionallığın təmin edilməsi qurum və Daxili İşlər Nazirliyinin idarələrarası informasiya sistemləri arasında yaradılmış inteqrasiya nəticəsində mümkün olub.

“Biletim.az” portalı üzərindən işğaldan azad edilmiş ərazilərə bilet alınarkən təqdim olunan icazənin müddəti 5 gün təşkil edir.

Bu dəyişikliklər vətəndaşlar üçün prosedurların sadələşdirilməsi və səfərlərinin daha rahat keçməsi məqsədilə tətbiq olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*