Xocalıda mina partladı: Müharibə iştirakçısının ayağı amputasiya olundubackend

Xocalıda mina partladı: Müharibə iştirakçısının ayağı amputasiya olundu

İşğaldan azad edilmiş Xocalı ərazisində mina partlayışı nəticəsində xəsarət alan Nağı İmanovun sağ ayağı topuq hissəsindən amputasiya olunub.

KONKRET.az xəbər verir ki, xəstəxanadan verilən məlumata görə, onun həyatı üçün təhlükə yoxdur.//Globalinfo.az

***

Xocalıda piyada əleyhinə minaya düşərək xəsarət alan Qarabağ müharibəsinin iştirakçısı Nağı İmanov Bərdə Müalicə Diaqnostika Mərkəzi hospitalizasiya olunub. 

KONKRET.az-ın məlumatına görə, onun vəziyyətinin orta ağır olduğu bildirilir.//Report

***
İşğaldan azad olunmuş ərazidə mina hadisəsi baş verib.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, Qarabağ müharibəsi iştirakçısı, “Azərbaycan Bayrağı Ordeni” ilə təltif edilmiş Nağı İmanov mina partlayışı nəticəsində xəsarət alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım heyəti cəlb edilib.

Onun səhhəti ilə bağlı hələlik dəqiq məlumat yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*