Qarabağda növbəti ANTİTERROR ƏMƏLİYYATI? – Separatçılar TƏŞVİŞ İÇİNDƏbackend

Qarabağda növbəti ANTİTERROR ƏMƏLİYYATI? - Separatçılar TƏŞVİŞ İÇİNDƏ

II Qarabağ müharibəsindən sonrakı iki ilə nəzər yetirəndə Azərbaycanın şanlı addımlarla irəlilədiyini görmək olar. Lakin ermənilər ayaq altını qazmaq xasiyyətlərindən, pis vərdişlərindən əl çəkmirlər.

KONKRET.az xəbər verir ki, qondarma rejim bu iki ildə faşist Njdeyə heykəl qoydu, sökdü. Müxtəlif təxribatlara əl atdı, əli sındı. Şuşadakı postumuza hücumlar elədi, ağır bədəl ödədi. Sülhməramlılarla Qarabağ çaxırından içdi, qusdu və Muradovların təyinatı dəyişdi. Azərbaycan Arayik tayfasını ağıllandırmaq, cəzalandırmaq üçün antiterror və hərbi əməliyyatlar keçirdi. Ən nəhayətində ermənilərə hələ də hərbçi leşi təhvil verilir. Amma haylar ağıllanmır ki, ağıllanmır. Bu qozbeli qəbir də düzəltmədi.

Referendum həmlə, ya da hiyləsi

Rusiyanın erməni oliqarxı Vardanyanın qondarma rejimə gəlib “vəzifə” sahibi olmasını Rusiyanın vasitəçilik depressiyası da adlandırmaq olar. Kremlin Soçi nakamlığından sonra isə ruslar öz kölələrinə “axırıncı yola” düşmək əmri verib. Zatən ermənilər elə o yolda doğulmuşlardır. “Arsax”da 1988-ci ildəki kimi referendum istəkləri duyulmağa başladı. Bu isə bir dövlətin tərkibindəki status tələbinə hüququ çatmayan kiçik kəsimin təxribat, özbaşınalıq, qanun pozmaq cəhdləridir. Belə olan halda, sülhməramlıların müvəqqəti məsuliyyət zonasındakı rus missiyanın gücsüzlüyü də qabarır və Azərbaycan vəziyyəti nizamlamaq öhdəliyini öz üzərinə götürür. Daha əvvəl də olduğu kimi antiterror əməliyyatı aktuallaşır.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyevin noyabrın 5-də mətbuatda yayılan məqaləsindən bir məqama diqqət çəkmək istərdim:

“Ermənistan Azərbaycanın təhlükəsizliyinə risk yaradacaq bütün çirkin əməllərdən çəkinməlidir. “Əks halda nəzərə almalıdırlar ki, dövlət başçısının dediyi kimi, “Dəmir yumruq yerindədir!”

Bəli, Qarabağdakı ermənilərin başı gicişir. Diplomatik daraqla qaşımağın faydası olmayanda isə həmin başları “Dəmir Yumruq” ilə əzməkdən başqa seçim qalmır. Vəziyyətin qısa şərhi:

– Rusiya hər yolla buna mane olmaq istəyir və əsas amil kimi sülhməramlıların fəaliyyətini önə çəkir.

– Sülhməramlılar fəaliyyətə başlayan kimi separatçılar tərkisilah olunmalı idi. Missiya öz öhdəliklərini tam yerinə yetirmədiyi üçün əks tələbləri yersizdir.

– Paşinyan Qarabağın Azərbaycan torpağı olduğunu qəbul edib və Rusiyanın Arutyunyan-Vardanyan xətti ilə “Arsax” oyununa qarşıdır.

Yəni Rusiya hər yeni gün Qarabağda təklənməyə daha da yaxınlaşır. Tək canı ilə Azərbaycanın yaratdığı yeni reallıqlara meydan oxumaq isə başları üçün deyil:

– Rusiya hazırda Ukraynanın işğalı ilə məşğuldur və həmin cəbhədə ağır itkilərə məruz qalıb. Yeni cəbhə yaratmaq canavardan qaçan çaqqal kimi onları da ləhlədər. Həmçinin Kreml tarix boyu iki cəbhədə savaşıb qələbə çalmayıb.

– Bununla yanaşı, Azərbaycana üçüncü ölkənin müdaxiləsi məsələyə Türkiyənin də qarışmasıdır.

Hər halda açıq oynanılan kartlarla “pas” getmək və əlini əlavə kartla gücləndirmək fərqli vəziyyətlərdir. Əlini yetərincə gücləndirən Bakının da olduğu Cənubi Qafqaz masasında İrəvan təslim olmaq üzrədir deyə uduzan Moskva olacaq.

Anar Rəhimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*