“Qarabağda vəziyyət gərgindir, itkilər var” – Paşinyanbackend

“Qarabağda vəziyyət gərgindir, itkilər var” - Paşinyan

Qarabağ münaqişəsi zonasında vəziyyət gərgin olaraq qalır. Erməni silahlı qüvvələri əsasən şimal-şərq və cənub-şərq istiqamətlərində döyüşlər aparır.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə Qarabağ  müharibəsinə görə ölkədə hərbi vəziyyətin tətbiqinə dair qanun layihəsini təqdim edərkən deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfi həm hərbi, həm də mülki əhali arasında itkilərə malikdir. Ancaq heç bir rəqəm bildirməyib.

“Anlayıram ki, hamımız vəziyyətin təfərrüatları ilə maraqlanırıq. Təəssüf ki, ölənlər arasında nəinki hərbçilər, həm də mülki şəxslər var” deyib.

Paşinyan bildirib ki, Azərbaycan müharibəyə başlayıb, problemi hərbi yolla həll etməyə, torpaqları geri almağa çalışır:

“Ermənistan buna cavab olaraq ümumi səfərbərlik elan edir və 55 yaşınadək hərbçilər orduya çağırılır. Ancaq ehtiyac olarsa, digər şəxslər də hərbi xidmətə gedəcək”.

Baş nazir hazırda Qarabağda düşmənlə gərgin döyüş getdiyini bildirib.

Sentyabrın 27-si səhər saatlarında Azərbaycanın yaşayış məntəqələri Ermənistan ordusu tərəfindən intensiv atəşə məruz qalıb. Nəticədə rəsmi Bakı bütün cəbhə boyunca əks-hücuma keçib.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*