Qarabağda yaşayan ermənilər sığınacaqlarda gizlənir – Qondarma rejimdən ÇAĞIRIŞbackend

Qarabağda yaşayan ermənilər sığınacaqlarda gizlənir – Qondarma rejimdən ÇAĞIRIŞ

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Dağlıq Qarabağın qondarma səlahiyyətliləri əhalini sığınacaqlarda gizlənməyə çağırıblar.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı RİA Novosti agentliyi yayıb.

“Prezident”in mətbuat katibi Vəhram Poqosyan “dinc əhalini sığınacaqlarda gizlənməyə çağırırıq” deyib.

Bu gün səhər tezdən Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin Qarabağdakı təmas xəttindəki yaşayış məntəqələrini atəşə tutduğunu, bu məlumatlara görə öldürülən mülki şəxslərin olduğunu bildirib. Ermənistan tərəfi bu məlumatı hələ rəsmi olaraq şərh etməyib.

Qarabağdakı münaqişə 1988-ci ilin fevralında Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR-dən ayrıldığını elan etməsi ilə başlayıb. 1992-1994-cü illərdəki silahlı qarşıdurma zamanı Azərbaycan Dağlıq Qarabağı və ona bitişik yeddi bölgə üzərində nəzarəti itirib. 1992-ci ildən bəri üç həmsədrin – Rusiya, ABŞ və Fransanın rəhbərlik etdiyi ATƏT-in Minsk qrupu çərçivəsində münaqişənin sülh yolu ilə həllinə dair danışıqlar aparılır.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*