Qarabağdan qaçan ermənilər Ukraynaya qarşı döyüşürlər — VİDEObackend

Qarabağdan qaçan ermənilər Ukraynaya qarşı döyüşürlər — VİDEO 

Baku TV-nin “Hərbi xronika” rubrikasında bu dəfə Qarabağ ermənilərinin Rusiyaya köçərək Ukraynaya qarşı döyüşən kriminal mənşəli “Arbat” batalyonuna qoşulmaları barədə məlumat təqdim olunub.

KONKRET.az xəbər verir ki, bu batalyona qatılan ermənilər yüksək maaş alır və ailələri ilə birlikdə sürətləndirilmiş qaydada Rusiya vətəndaşlığına qəbul edilirlər.

Məlumata görə, “Arbat” 2022-ci ildə kriminal avtoritet Armen Sarkisyan tərəfindən yaradılıb və 2023-cü ildən Rusiya Müdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərir. Təxminən 500 üzvdən ibarət dəstə Ukraynada münaqişəsi zamanı Avdeyevka və Kursk istiqamətlərində döyüşlərdə iştirak edib, Donetsk vilayətində bir sıra yaşayış məntəqələrinin işğalında rol oynayıb. Armen Sarkisyanın cinayətkar keçmişi səbəbindən batalyonun əsasını məhkum edilmiş şəxslər təşkil edir.

2025-ci ilin fevralında Moskvada partlayış nəticəsində öldürülən Sarkisyanın yerinə batalyona keçmiş “Vaqner” üzvü Ayk Qasparyan rəhbərlik edir.

Qeyd olunur ki, Qasparyan əvvəllər silahlı qarətə görə məhkum olunub və müsahibələrində Donetsk proseslərini Qarabağ hərəkatı ilə eyniləşdirdiyini bildirib. Vurğulanıb ki, Rusiya rəsmiləri və erməni diaspor təşkilatları batalyonun cinayətkar mahiyyətini gizlədərək onun liderlərini müxtəlif mükafatlarla təltif ediblər.

Ətraflı süjetdə:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*