Qarabağın erməni əhalisi Azərbaycanın digər bölgələrinə gələ biləcəkmi? – ŞƏRHbackend

Qarabağın erməni əhalisi Azərbaycanın digər bölgələrinə gələ biləcəkmi? - ŞƏRH

Azər Cabbarov
                Azər Cabbarov

Unutqanlıq sindromu və yaxud mümkünsüzlük prezumpiyası…

Ermənilərlə bir ölkədə yaşamağın perspektivi necədir? Əlbəttə, xalqımıza qarşı nankor qonşularımızın törətdiyi cinayətlərin miqyası o qədər böyülkdür ki, bu məxluqlarla eyni dövlətdə ömür sürmək bizə mümkünsüz görünür. Amma, reallıqlar, regionda yaranmış mənzərə, nəhayət Azərbaycanın dövlət başçısının siyasi iradəsi sayəsində bu qaysaqlamış problemin sürətlə həlli prosesi bizi bu barədə ciddi-ciddi düşünməyə vadar edir. Bəli, görünən budur ki, Qarabağ erməniləri ilə eyni pasportu daşıyacağımız günlər elə də uzaqda deyil.

Azərbaycanlılar tarixdə dəfələrlə ermənilərin xəyanətini, insanlığa sığmayan cinayətlərini bağışlayaraq (bəlkə də unudaraq) bu xalqa mehriban qonşuluq münasibətləri göstərib. 1918-ci il 30 mart soyqırımını çox tez unutduq. Artıq az sonra Sovet Azərbaycanında bir neçə onillik ərzində Bakının ən gözəl rayonlarında onlar məskunlaşmışdılar. Ölkəmizin ən səfalı bölgələrində də haylar kompakt halda və yaxud istəklərinə görə azərbaycanlıların arasında tək-tək xoşbəxt halda yaşayır, işləyir, özlərinə əməlli-başlı gün-güzəran qura bilirdilər.

Bakıdakı ermənilər daha çox ticarətdə çax-çux edir, mühasib, katibə, təsərrüfat müdirləri kimi olduqca gəlirli və”çörəkli” sahələrdə qaz vurub qazan doldururdular. Regionlarda isə tikinti və təmir kimi sektorlarını bütünlüklə, alternativsiz olaraq zəbt etmişdilər.

Bəs indi necə olacaq? Qarabağın erməni əhalisi Azərbaycanın digər bölgələrinə gələ biləcəkmi? Onları məsələn, Bakıda, Sumqayıtda, Gəncədə görəcəyikmi? Əlbəttə, məntiqi baxımdan bunları vətəndaşlığa qəbul ediriksə bu belə olmalıdır. Amma, məntiqdən başqa, mənəvi-insani duyğular, unudulması çətin olan vəhşiliklər, ümumiyyətlə, son 30 ildə yaşadıqlarımız buna imkan verəcəkmi?

Qəribə də olsa, ölkə və xalq kimi biz çətin bir dilemma qarşısındayıq. İşğalçıya qələbə çalıb onlarla birgə yaşamağın yollarını axtarırıq. Bunu etmək məcburiyyətindəyik. 2 il əvvəl, müharibə apardığımız, səngərlərdə üz-üzə gəldiyimiz, ölüb-öldürdüyümüz bir xalqın nümayəndələrinin indi bizimlə vətəndaş olaraq təmasları necə olacaq? Yaralar çox təzə və dərin, dövrün isə tələbi başqa…

Bir çoxları ermənilərlə birgə yaşayışın mümkünsüz olduğu fikrindədir. 30 il sonra elə ermənilərdən azad etdiyimiz bəzi ərazilərimizdə əvvəl yaşamış ermənilər indi Qarabağın sakinləri, dövlətimizin isə vətəndaşları olacaq. Tarixdə müxtəlif xalqların müharibələrdən sonra dinc qonşuluq şəraitində yaşaması faktları çoxdur. Amma, düşmən xalqla eyni dövlətdə həyat sürmək də bir başqadır. Çox çətindir. Şəhidlərimizi neyləyək? Hər zaman bizi ağrıdacaq. 30 il ərzində doğma yurd yuvasından minlərlə insanımız didərgin düşüb. Qaçqınlıqda, dözülməz cəhənnəm şəraitində, çadırlarda, yataqxana künclərində yurd nisgili ilə qərib-qərib vərəmləyib ölmüşük axı…

Amma, sonda qalib də olmuşuq! Müqəddəs torpaqları alçaq erməni tapdağından geri almışıq. Hər iki Qarabağ müharibələrində atalarımızı, oğullarımızı itirmişik. Qazilərimiz o qədər çoxdur ki… Bu illər ərzində ölkəmizə, xalqımıza milyardlarla ziyan dəyib. Dikəlib, dik durub əsil qalib kimi davranmalıyıq.

Düşmən xalqın nümayəndələri-sovet dövründə orada yaşamış ermənilər Qarabağda bizim qanunlarla oturub-duracaqlar. Qanunpərəst vətəndaş kimi yaşamaq istəsələr, yaşasınlar. Əks halda, bu ölkənin, bu xalqın cəzası çox ağır olacaq! Biz dünyaya da sivil, hüquqi, müasir dövlət olduğumuzu sübut edəcəyik. Qoy Qarabağ erməniləri də cibində fəxrlə Azərbaycan pasportu daşısın. Bəli fəxrlə! Biz hər zaman dövlət olaraq başqalarının tulası olan Ermənistandan min addım öndə olacağıq. Azərbaycan xalqı o qədər tolerantdır ki, bir təhər ermənilərə dözəcəyik. Basdığını kəsməyən babalarımızdan belə görmüşük….Amma stop! Babalarımızın UNUTQANLIQ deyilən bir mərəzi də olub! Biz əsla buna tutulmamalıyıq! Dostu da, düşməni də bir daha unutmamalıyıq! UNUTQANLIQ mərəzinə qarşı isə vaxtaşırı vaksinlərə ehtiyac olacaq.

Düşmən xalqın nümayəndələri-sovet dövründə orada yaşamış ermənilər Qarabağda bizim qanunlarla oturub-duracaqlar. Qanunpərəst vətəndaş kimi yaşamaq istəsələr, yaşasınlar. Əks halda, bu ölkənin, bu xalqın cəzası çox ağır olacaq! Biz dünyaya da sivil, hüquqi, müasir dövlət olduğumuzu sübut edəcəyik. Qoy Qarabağ erməniləri də cibində fəxrlə Azərbaycan pasportu daşısın. Bəli fəxrlə! Biz hər zaman dövlət olaraq başqalarının tulası olan Ermənistandan min addım öndə olacağıq. Azərbaycan xalqı o qədər tolerantdır ki, bir təhər ermənilərə dözəcəyik. Basdığını kəsməyən babalarımızdan belə görmüşük…

Amma stop! Babalarımızın UNUTQANLIQ deyilən bir mərəzi də olub! Biz əsla buna tutulmamalıyıq! Dostu da, düşməni də bir daha unutmamalıyıq! UNUTQANLIQ mərəzinə qarşı isə vaxtaşırı vaksinlərə ehtiyac olacaq.

 

  • Garachanta
    Avqust 29, 2022 - 21:36

    1. ƏVVƏLA ERMƏNİSTAN 84 MİLYARD $ TƏZMİNAT ÖDƏMƏLİDİR!!
    2. erməni gavurlar Xankəndindən kənara (orada qalsalar) çıxmamalıdırlar və EYNİ ZAMANDA Qərbi Azərbaycan torpaqlarımız paralel olaraq geri alınmalıdır….əks halda ŞƏHİDLƏRİMİZİN QANINI 1 QƏPİYƏ SATMIŞ OLACAÖIQ.

    ALLAH VƏ ŞƏHİDLƏRİMİZİN RUHLARI BİZLƏRİ BAĞIŞLAMAZ!

Garachanta üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*