Qarabağın Həcəri Cümşid Nuriyevə: “Sənin şalvarından özünə qalstuk düzəldə bilən döyüşçü qadınlarımız var, bunu unutma!”backend

Qarabağın Həcəri Cümşid Nuriyevə: “Sənin şalvarından özünə qalstuk düzəldə bilən döyüşçü qadınlarımız var, bunu unutma!”

“Əvvəla orda qadın batalyonu olmayıb, ümumiyyətlə heç bir bölgədə belə bir batalyon olmayıb. İkincisi, Cəmşid Nuriyev döyüş görüb? Qarabağı bilir? Bir-iki dəfə ora gedib? Heç bir gün qalmağa belə cəsarəti çatmadan, aradan çıxıb”.

KONKRET.AZ xəbər verir ki, Azərbaycanın Həcəri – keçmiş Qarabağ döyüşçüsü Səbirə Mahmudova ötən gün Qarabağda döyüşən qadınları təhqir edən sabiq deputat Cümşüd Nuriyevi yalançı veteran adlandırdı.

“Yalandan bir veteran kağızı alıb, cibinə qoyub, indi utanmadan da onun yerinə döyüşən qadınlarımızın ünvanına, öz ailəsinə məxsus ifadələri deyir? Onu bircə dəfə döyüş bölgəsində gördük, onda da getdi icra başçısından mebel tələb elədi. O qədər israr etdi ki, o dövrdə əslində növbədə olan, suçu işləyən bir nəfərin mebelini alıb getdi. Onun Qarabağ döyüşlərindən danışmağa ixtiyarı yoxdur! O dövrdə ölkə başçısının əmri ilə, bəzi vəzifəli şəxslər Qarabağdakı vəziyyətlə yerində tanış olmaq üçün, döyüş bölgəsinə səfərlər təşkil edərdilər. Bir neçə gün orda qalıb, vəziyyəti öyrənərdilər. Bu isə gələn kimi yalandan bir-iki dəqiqə görünüb, qaçan adamdı. Qarabağ döyüşlərindəki fədakarlığa görə neçə-neçə Azərbaycan qızı Milli Qəhrəman adına layiq görülüb. Bu kimdir ki?! Bilmədiyi mövzuda, torpağı 20 faiz düşmən işğalında olan bir ölkənin döyüşkən qızlarına belə sözlər demək heç bir insanlığa sığan şey deyil”.

Qeyd edək ki, eks-deputat Cümşüd Nuriyev AzTV-də Qarabağ müharibəsində iştirak edən qadınları əxlaqsız, küçə qadınları adlandırıb. Sosial şəbəkə yayılan həmin görüntülər, ictimaiyyət və keçmiş döyüşçülər tərəfindən böyük hiddətlə qarşılanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*