“Qarabağın status məsələsi həll olunmayınca sülh müqaviləsi imzalanmayacaq” – Tiqran Avinyanbackend

“Qarabağın status məsələsi həll olunmayınca sülh müqaviləsi imzalanmayacaq” - Tiqran Avinyan

“Qarabağın statusu məsələsi həll olunmayana qədər sülh müqaviləsi imzalanmayacaq”.

KONKRET.az xəbər verir ki, bu sərsəm açıqlama ilə Ermənistan baş nazirinin müavini Tiqran Avinyan çıxış edib. O? Qarabağın status məsələsi yenidən gündəmə gətirib: “Biz danışıqlar prosesinə, eləcə də kommunikasiyaların açılması istiqamətində atılan addımlara böyük əhəmiyyət veririk. Buna baxmayaraq bütün son qərarlar (sülh razılaşmaları və müqavilələri, delimitasiya və demarkasiya prosesi) özündə müəyyən maneələri ehtiva edir. Birinci və ən vacib sual isə “Arsaxın” və “Arsax xalqı”nın statusu məsələsidir”? – deyə Avinyan sərsəmləyib.

Ermənistanın hərbi-siyasi rəhbərliyinin son vaxtlar status məsələsini yenidən ortaya atması çox güman ki? daxili auditoriyaya, eləcə də xaricdəki erməni diasporunun diqqətini cəlb etməyə hesablanıb. Lakin Ermənistan rəhbərliyi anlamalıdır ki, heç bir statusdan söhbət gedə bilməz və yalnız Azərbaycan qanunları ilə ermənilərin Qarabağda yaşaması mümkündür. Əks halda isə yenidən “dəmir yumruq” işə düşə bilər.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*