“Qarabağla bağlı problemin həlli üçün beynəlxalq mexanizmlərin yaradılmasının alternativi yoxdur”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan “Twitter” səhifəsində yazıb.
“14-cü gündür ki, insanlar Azərbaycanın “etnik təmizləmə” siyasətinə qarşı çıxırlar. Bütün dünya səsləndi ki, Laçın dəhlizi açılmalı, Azərbaycanın əsassız tələblərindən Qarabağ sakinləri əziyyət çəkməməlidir. Qarabağla bağlı problemlərin həlli üçün beynəlxalq mexanizmlərin yaradılmasının alternativi yoxdur”, – deyə Marukyan bildirib.
Xuraman Etibarlı,
KONKRET.az