Atası Qarabağda Azərbaycana qarşı vuruşub – Ermənistan MN-in sözçüsü kimdir?backend

Atası Qarabağda Azərbaycana qarşı vuruşub - Ermənistan MN-in sözçüsü kimdir?

Ermənistanın müdafiə nazirinin əmri ilə Şuşan Stepanyan müdafiə nazirliyinin mətbuat katibi təyin edilib.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, 32 yaşlı Stepanyan 2007-2009-cu illərdə Yerevan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb.

O, Ermənistan silahlı qüvvələr tərəfindən işğal edilən Xocavənd şəhərində anadan olub.

Şuşan hetq.am internet nəşrində araşdırmaçı jurnalist kimi çalışıb.

2009-cu ildə “Erməni əsgəri” hərbi-siyasi qəzetinin müxbiri kimi müqavilə ilə hərbi xidmətə yollanıb. 2013-cü ildə eyni nəşrin mətbuat xidmətinin müxbiri vəzifəsində çalışıb.

2018-ci ildə “Zinuj media” dövlət qurumunun mətbuat xidmətinin müxbiri olub.

2019-cu ildən bəri Ermənistan Silahlı Qüvvələrində xidmət edir, mayor rütbəsinə malikdir.

Onun atası Şaqen Stepanyan 1-ci Qarabağ müharibəsində Azərbaycana qarşı vuruşub. Ölümündən sonra o, II dərəcəli Döyüş Xaç ordeni ilə təltif edilib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*